ABŞ Dövlət Departamenti azərbaycanlı mütəxəssisi beynəlxalq proqram üzrə ayın ən yaxşı üzvü seçib

ABŞ Dövlət Departamenti azərbaycanlı mütəxəssisi beynəlxalq proqram üzrə ayın ən yaxşı üzvü seçib
# 02 fevral 2013 10:05 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. ABŞ Dövlət Departamenti azərbaycanlı Sevinc Məmmədovanı Beynəlxalq Mübadilə Məzunu Proqramı üzrə fevral ayının ən yaxşı üzvü seçib. APA-nın departamentin saytına istinadən verdiyi məlumata görə, fevral ayı ərzində Sevinc Məmmədovanın Azərbaycanın təhsil sisteminin gələcəyini formalaşdırması üzrə qalibiyyəti departamentin Mədəni və təhsil məsələləri üzrə bürosunun Beynəlxalq Mübadilə Məzunu Proqramının rəsmi səhifəsində tanınacaq.

Qeyd edək ki, büro hər ay onların təcrübəsini öz ölkəsində tətbiq edən məzunlarını ayın məzunu elan edir.

Sevinc Məmmədova ilk dəfə ABŞ-a 2004-cü ildə Pitsburqda Chatham Kollecində Global Undergraduate Exchange Program çərçivəsində təhsil almaq üçün gedib. Azərbaycana qayıtdıqdan sonra o, öz təcrübəsini işdə tətbiq edərək yerli QHT-lərlə treninqlər təşkil edib. Həmçinin o Azərbaycan üzrə 80 müəllimə sinfi necə idarə etmək, dərs planı hazırlamaq, fiziki qabiliyyəti məhdud uşaqlarla necə işləməklə bağlı treninqlər keçirib. Daha sonra o Texas-Arlington Universitetində Edward S. Muskie Fellowship Program üzrə magistr dərəcəsi alıb. Bakıda ABŞ-da təhsil almış Məzunlar Assosiasiyasının icraçı direktoru seçilib . 2012-ci ildə isə o Azərbaycan Mərkəzi Bankının təhsil şöbəsinin rəhbəri seçilib və burada o, geniş miqyaslı təhsil islahatları həyata keçirən və planlaşdıran eksperltər qrupuna rəhbərlik edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR