ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi bəyanatla çıxış edib

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi bəyanatla çıxış edib
# 04 avqust 2014 16:53 (UTC +04:00)

Bakı – APA. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş vermiş silahlı toqquşmalarla bağlı bəyanatla çıxış edib. APA-nın ATƏT-in saytına istinadən verdiyi məlumata görə, A. Kasprşik insidentlərin narahatlıq doğurduğunu bildirib:

“Hər bədbəxt hadisə onların ailələri və münaqişəyə cəlb olunmuş digər insanlar üçün faciədir. ATƏT-in fəaliyyətdə olan sədri və Minsk Qrupunun həmsədrləri 2 avqust tarixli bəyanatlarında bu məsələyə münasibətlərini açıqlayıblar. Mandatıma uyğun olaraq mən gərginliyin azaldılmasında tərəflərə kömək etmək üçün ən yüksək səviyyədə təmaslar da daxil olmaqla, onlarla sıx əlaqədə çalışmağa davam edəcəyəm. Mən və komandam sonuncu dəfə avqustun 1-də təşkil olunmuş monitorinqlərə bundan sonra da davam edəcəyik. Hər monitorinq zamanı biz təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində atəşkəs rejiminin pozulması və ümumi vəziyyətə dair tərəflərdən informasiya alırıq və müəyyən bir yerdə situasiyanı müşahidə edirik. Biz həmçinin qarşılıqlı maraq doğuran və gərginliyi azaldan məsələlərin həlli üçün yerli komandirlərə kömək edirik. Monitorinqin nəticələri barədə hesabat ATƏT-in fəaliyyətdə olan sədrinin idarəsinə və Minsk Qrupunun üzvlərinə təqdim olunur. Baş verən hadisələr barədə hesabatlar ATƏT-in müvafiq strukturlarına təqdim edilir. Biz monitorinq tədbirləri zamanı açıq şərh vermirik və ya öz fikirlərimizi söyləmirik. İstənilən bu cür məlumatların mənbəyi biz deyilik”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR