FİDE prezidenti “ŞəmkirChess2015” turnirinin açılış mərasimində iştirak edəcək

FİDE prezidenti “ŞəmkirChess2015” turnirinin açılış mərasimində iştirak edəcək
# 16 aprel 2015 08:05 (UTC +04:00)

Bakı – APA. FİDE prezidenti Kirsan İlyumjinov Azərbaycana gələcək. Apasport.az saytının xəbərinə görə, ali şahmat qurumunun rəhbəri bu gün Şəmkirə yollanacaq. O, mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan “ŞəmkirChess2015” turnirinin açılış mərasimində iştirak edəcək.


Qeyd edək ki, açılış mərasimi bu gün saat 19:00-da Şəmkirdəki Heydər Əliyev Mərkəzində olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR