“The Telegraph”: İranın xam neft ixracına qoyulmuş sanksiyaların ləğvi nefti 20 dollara qədər ucuzlaşdıra bilər

“The Telegraph”: İranın xam neft ixracına qoyulmuş sanksiyaların ləğvi nefti 20 dollara qədər ucuzlaşdıra bilər
# 31 mart 2015 09:19 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economic. İranın xam neft ixracına qoyulmuş sanksiyaların aradan qaldırılması dünya bazarlarında neftin bir barelinin qiymətini 20 ABŞ dollarına qədər aşağı sala bilər.

APA-Economics”in məlumatına görə, bu barədə “The Telegraph” nəşrinin yaydığı yeni hesabatda deyilir.

Hesabata görə, bu gün İranın bütün dünya üzrə sübut edilmiş neft ehtiyatlarının 9%-nə malikdir. Bu ölkə hazırda sutkada təxminən 2,7 mln. barel neft istehsal edir və bunun 1 mln. bareli qərbin sanksiyalarının şərtlərinə uyğun olaraq ixrac edilir.

Nəşrin hesabatında deyilir ki, əgər sanksiyalar ləğv edilərsə, bu ölkə indi mövcud olan gündəlik 2 mln. barel neft hasilatını əhəmiyyətli dərəcədə artırmaq gücünə malikdir ki, bu da gələcəkdə dünyada neftin qiymətinin əhəmiyyətli dərəcədə düşməsinə gətirib çıxara bilər.

İranın neft naziri Bijan Namdar Zangenah bildirib ki, rəsmi Tehran sanksiyaların tam aradan qaldırıldıqdan sonra asanlıqla bir neçə ay ərzində gündəlik hasilatı 1 mln. barel də artıra bilər”.

Bundan əlavə, hesablamalar göstərir ki, ölkənin anbarlarda 7 mln.-dan 35 mln.-a qədər xam nefti var ki, bunu da dərhal bazarlara çıxarmaq mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR