Bakıda 4 gün öncə bıçaqlanan şəxs xəstəxanada ölüb

Bakıda 4 gün öncə bıçaqlanan şəxs xəstəxanada ölüb
# 05 may 2015 07:45 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda bıçaqlanan şəxs xəstəxanada dünyasını dəyişib.

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon ərazisində bıçaqlanan 1986-cı il təvəllüdlü Hamlet Elxan oğlu Cahangirov müalicə aldığı Klinik Tibbi Mərkəzdə ölüb.

Hazırda polis hadisəni törədən şəxsin və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində iş aparıır.

Qeyd edək ki, hadisə mayın 1-i Mətbuat prospekti 14-ün qarşısında qeydə alınıb.

Bakı şəhər sakini, H. Cahangirova naməlum şəxs və ya şəxslər tərəfindən 6 bıçaq xəsarəti yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR