Bank Of Baku

I rübdə Bakıda sənaye istehsalı 1,3% artıb

I rübdə Bakıda sənaye istehsalı 1,3% artıb
# 07 may 2018 14:25 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,3% artaraq 9,6 mlrd. manat təşkil edib.

 

Bakı şəhər Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, sənaye məhsulunun 84,3%-i mədənçıxarma, 13,3%-i emal, 1,9%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

 

Sənayedə qeyri-dövlət sektorunun payı 83,6% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 88%, xidmətlərin göstərilməsi isə 12% təşkil edib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 aprel 2018-ci il vəziyyətinə 274,3 mln. manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 25,4 mln. manat məbləğində digər məhsullar da mövcud olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR