Bank Of Baku

Pezeşkian: Tehran Vaşinqtona etibar etmir, lakin ABŞ-la memorandum üzrə öhdəliklərini yerinə yetirəcək

İran Prezidenti Məsud Pezeşkian

© APA | İran Prezidenti Məsud Pezeşkian

# 23 iyun 2026 22:22 (UTC +04:00)

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, Tehran ABŞ-la imzalanmış memorandum çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək, lakin Vaşinqtona etibar etmir.

APA xəbər verir ki, Pezeşkian bu barədə Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşü zamanı danışıb.

“Ballistik raketlərlə bağlı ABŞ-la heç bir danışıqlar aparılmayıb və aparılmayacaq. Biz ABŞ-a etibar etmirik, çünki danışıqlar prosesində iki dəfə hücuma məruz qalmışıq. Bununla yanaşı, biz hər zaman dialoqa və sülhə hazır olmuşuq və hazırıq”, – deyə İran Prezidenti bildirib.

Pezeşkian vurğulayıb ki, İran “qanunsuz və qeyri-humanist” tələblər qarşısında geri çəkilmək niyyətində deyil.

“Biz heç vaxt qanunsuz və qeyri-humanist tələblər qarşısında baş əyməyəcəyik”, – deyə o qeyd edib.

İran Prezidenti əlavə edib ki, ölkəsi regional sabitliyin və qarşılıqlı hörmətə əsaslanan dialoqun tərəfdarı olaraq qalır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR