Bank Of Baku

Aİ komissarı: Avropa ilə Asiya arasında etibarlı marşrut Orta Dəhlizdir

Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos

© APA | Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos

# 23 iyun 2026 20:44 (UTC +04:00)

Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos Avropa ilə Asiya arasında ticarət marşrutlarının getdikcə daha az etibarlı hala gəldiyini bildirib.

APA xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib.

“Avropa ilə Asiya arasındakı ticarət marşrutları daha az etibarlı olub. Rusiyadan keçən şimal marşrutu pozulub. Cənub marşrutları isə təhlükəsizlik riskləri ilə üzləşir”, – deyə Marta Kos qeyd edib.

Aİ rəsmisi vurğulayıb ki, alternativ yol kimi Orta Dəhliz ön plana çıxır.

“Amma başqa bir yol da var – Orta Dəhliz. Bu gün onun inkişafını sürətləndirmək üçün Bağlantılar Gündəliyi Platformasını istifadəyə verdik”, – deyə paylaşımda bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR