Mikayıl Cabbarov: “Məktəblərdə istənilən qanundankənar hərəkət qəbuledilməzdir”

Mikayıl Cabbarov: “Məktəblərdə istənilən qanundankənar hərəkət qəbuledilməzdir”
# 05 may 2015 09:40 (UTC +04:00)

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov deyib ki, məktəblərdə, ümumtəhsil müəssisələrində bəhanədən asılı olmayaraq, istənilən qanundankənar hərəkət qəbuledilməzdir. Onun sözlərinə görə, bəzi hallarda məlumatlar yoxlanılmadan və ya aidiyyəti üzrə müraciət olmadan yayılır. Bu nöqteyi-nəzərdən qeyri-qanuni addımla bağlı olan hər bir müraciət Təhsil Nazirliyi və yaxud aidiyyəti üzrə istənilən hüquq-mühafizə orqanı tərəfindən tam şəkildə araşdırılır və xüsusi nəzarətdədir: “Bu hallarla bağlı məlumatları mediadan izləmişik. Nazirliyin “Qaynar xətt”inə təəssüflər olsun ki, heç bir müraciət daxil olmayıb. Amma mediadan izlədiyimiz və gördüyümüz qədəri ilə Xaçmaz rayonunun kəndlərindən birində belə bir halın olması iddia edilir. Bu faktla bağlı rayon təhsil şöbəsinin müdiri nazirliyin daxili nəzarət şöbəsinə dəvət olunub və müvafiq araşdırmalar həyata keçirilib. Belə hallarda vətəndaşlar gizlənməməli və üzərinə düşən vətəndaşlıq borcunu yerinə yetirməlidirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR