Türkiyədə təkrar seçkiyə görə heç bir partiyaya əlavə ödəniş edilməyəcək

Türkiyədə təkrar seçkiyə görə heç bir partiyaya əlavə ödəniş edilməyəcək
# 15 avqust 2015 11:06 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Bu il yeni seçki keçiriləcəyi təqdirdə heç bir siyasi partiyaya əlavə ödəniş edilməyəcək”. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin maliyyə naziri Mehmet Şimşək deyib.

Maliyyə nazirinin sözlərinə görə, siyasi partiyalar haqqında qanuna görə artıq dövlətdən maliyyə yardımı alan partiyalara yanvar və fevral aylarında ödəniş olunub: “AKP, CHP və MHP-yə bu ilin iki ayı ərzində ümumilikdə 531,1 milyon lirə yardım olunub”.

M. Şimşək bildirib ki, 7 iyunda keçirilmiş parlament seçkilərinin nəticələrinə görə partiyalara büdcədən yardım ancaq 2016-cı ilin yanvar ayında edilə bilər.

Maliyyə naziri qeyd edib ki, ölkədə təkrar seçkilərin keçirilməsinin dövlət büdcəsinə əlavə təsiri olmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR