Taner Yıldız: «Gələn il TANAP layihəsi üzrə əməli işlərə başlanacaq»

Taner Yıldız: «Gələn il TANAP layihəsi üzrə əməli işlərə başlanacaq»
# 08 aprel 2013 08:37 (UTC +04:00)

Bu layihə üzrə 1800 km boru xəttinin tikintisi aparılmalıdır. «APA-Economics»in xəbərinə görə, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız deyib.

Nazir bildirib ki, hazırda kəmərin Türkiyə ərazisindən keçəcəyi hissənin dəqiqləşdirilməsi aparılır: «Layihəni hazırlayan şirkət öz mərkəzini Türkiyəyə köçürüb. Gələcəkdə TANAP-la nəql olunan qaz istər TAP (TransAdriatik boru kəməri) vasitəsilə Avropanın cənubuna, istərsə də «Nabucco-West»lə Avropanın şimalına ixrac oluna bilər».

Kəmərin «Nabucco-West»ə qoşulub-qoşulmayacağı barədə suala isə nazir «bununla bağlı qərarı «Şahdəniz» konsorsiumu qəbul edəcək», - deyə bildirib.

T.Yıldız Türkiyənin Avropa və Asiya arasında hər bir sahədə mühüm rol oynaya biləcəyini, amma bu coğrafi üstünlükdən sui-istifadə etmədiyini də vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR