Aleksandr Lukaşeviç: "Rusiya Yəməndəki münaqişə bölgəsindən 1700 nəfəri təxliyyə edib"

Aleksandr Lukaşeviç: "Rusiya Yəməndəki münaqişə bölgəsindən 1700 nəfəri təxliyyə edib"
# 24 aprel 2015 12:45 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “Yəməndə hərbi əməliyyatlar başlayandan bu günədək Rusiya 1700-dən çox adamı münaqişə bölgəsindən təxliyyə edib”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, təxliyyə olunanların 400 nəfərdən çoxu Rusiya vətəndaşıdır: "Bu ilin martın 31-dən aprelin 23-dək Rusiya hava və dəniz nəqliyyatı ilə 1787 nəfər insanı Yəməndəki münaqişə bölgəsindən təxliyyə edib. Onlardan 351 nəfər hərbi gəmimiz vasitəsi ilə təxliyyə edilib. 1436 nəfər isə 10 aviareyslə Sənadan Cibutiyə, orada da Moskvaya çatdırılıb. Təxliyyə olunanlar arasında 700 nəfərdən çoxu Azərbaycan, Belarus, Ermənistan, Özbəkistan, Tacikistan və Ukrayna vətəndaşlarıdır. Təxliyyə olunanlar arasında 46 nəfər ABŞ vətəndaşı da var".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR