Mərkəzi Bank may ayında dövriyyəyə 120,5 mln. manat buraxıb

Mərkəzi Bank may ayında dövriyyəyə 120,5 mln. manat buraxıb
# 10 iyul 2015 14:39 (UTC +04:00)

Bakı - APA-Economics. Cari ilin iyun ayının 1-ə Azərbaycanda dövriyyədə olan nağd pulların həcmi manat ekvivalenti ilə 7 mlrd. 129,4 mln. manat təşkil edir.

"APA-Economics"in xəbərinə görə, cari ilin yanvar ayının 1-ə dövriyyədə olan nağd pulların həcmi 10 mlrd. 145,3 mln. manat olub. Beləliklə, ilin əvvəlindən dövriyyədən 3 mlrd. 15,9 min manatlıq nağd pul çıxarılıb.

Maraqlıdır ki, mayın ayının 1-ə dövriyyədə 7 mlrd. 8,9 min manat olub. Bununla da, Mərkəzi Bank may ayı ərzində dövriyyəyə 120,5 mln. manat həcmində nağd pul buraxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR