Çexiyada XİN başçısı Şvartsenberqi kəskin tənqid edən məqalə dərc olunub

Çexiyada XİN başçısı Şvartsenberqi kəskin tənqid edən məqalə dərc olunub
# 01 may 2013 15:00 (UTC +04:00)

Azərbaycanın Çexiyadakı səfirliyindən APA-ya verilən məlumata görə, müəllif Karel Şvartsenberqi boş-boş danışan, “həmişənazir” adlandırıb.

Məqalədə bildirilir ki, hökumətdə olan əsas partiya ODS daima tənqid edilir, amma “TOP 09” barədə heç bir mənfi fikir söylənilmir və bəzilərin dediyinə görə, bu bəlkə Berlin və ya Brüsselin istəyidir. “Karel Şvartsenberq dəfələrlə Çexiyanın xarici siyasət maraqlarına zidd olan ifadələr işlədib, məsələn Sudet almanları ilə bağlı qanunu pisləyib, Şvartsenberq hökumətdə daima olaraq ilk növbədə Çexiyanın rəqiblərinin (özü də yalnız iqtisadi deyil) maraqlarını irəli sürüb”.

Karek Şvartsenberqin “anti-diplomatiyanın nəhəng şəxsiyyəti”, “Çexiya tarixində ziyanverici şəxs” adlandıran müəllif, onun “Berlinin Çexiyadakı 5-ci kolonnasının əsas generallarından biri” adlandırıb və bildirib ki, Şvartsenberq “əsl dost və sponsorlarının” maraqlarını güdür, “insan hüquqları” sözlərini isə sadəcə mövzu kimi istifadə edir.

“Şvartsenberq hər şey edə bilər - böyük şirkətləri qəribə şəkildə ələ keçirmək, Avropa Birliyindən öz mülkiyyətinə İttifaqı dotasiya almaq, dünyada iqtisadi maraqlarımızı məhv etmək – ona hər şey olar, bu heç kəsi təəccübləndirmir, axı bu “bizim Karelimizdir”, onun danışığında problem var, amma maraqlıdır ki, alman dilində danışarkən, heç bir problemi olmur”.

Məqalədə, həmçinin, Azərbaycan mövzusuna da toxunulub: “Sonuncu dəfə bu digər hallarda “superavropalı” olan adam azərbaycanlı hüquqşünas İntiqam Əliyevə mükafat verərək (əlbəttə ki, insan hüquqlarına görə, ayrı şəkildə ola da bilməz), “Havel” stilində Qərb ölkələrinə solçu tənqidi ilə hücum etdi. Guya onlar dəvəquşu kimi Azərbaycanda insan hüquqlarına görə başlarını yerdə gizlədə bilməzlər. Bunun nəticəsi odur ki, surətlə inkişaf edən həmin ölkədə artıq milyardlarla sərmayə bizim insan hüququ nöqteyi-nəzərdən “geridə qalmış” qərbi avropalı tərəfdaşlarımızın üzərinə düşür. Bunu hökumət bilirdi mi? Reaksiya nə oldu?”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR