TDT Baş katibi: Üzv ölkələrin "yaşıl enerji"yə keçidinə böyük önəm veririk

TDT Baş katibi: Üzv ölkələrin "yaşıl enerji"yə keçidinə böyük önəm veririk
# 01 may 2024 16:05 (UTC +04:00)

"Türkdilli dövlətlər arasında müxtəlif sahələrdə olduğu kimi, “yaşıl enerji” sahəsində əməkdaşlığın əsas məqsədi bu sahədəki layihələrin maliyyələşdirilməsinə və təşviqinə nail olmaqdır".

APA xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Baş katibi Kubançibek Ömüraliyev Bakıda keçirilən bunu “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” adlı Beynəlxalq Təşkilatların III Zirvə Görüşündə bildirib.

O deyib ki, rəhbəri olduğu qurum üzv ölkələrdə ətraf mühitin qorunması, “yaşıl enerji”yə keçid və digər məsələlərin təşviqinə böyük önəm verib. Ömüraliyev qeyd edib ki, Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında “yaşıl enerji” sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanması önəmli hadisədir.

TÜRKSOY-un Baş katibi Sultan Raev bildirib ki, rəhbərlik etdiyi qurum daim BMT çərçivəsində yaşıl diplomatiya və mədəni inkişaf sahəsində həyata keçirilən bütün layihələri dəstəkləyir:

"TÜRKSOY olaraq COP29 çərçivəsində də bu sahədə həyata keçirilən bütün təşəbbüsləri dəstəkləməyə hazırıq".

Tədbirdə vurğulanıb ki, ölkələrin istər ətraf mühitin mühafizəsi, istərsə də mədəniyyətlərarası dialoq çərçivəsində əməkdaşlığa yönələn təşəbbüsləri yalnız gələcək nəsillərin rifahına xidmət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR