Yol polisi Bakıda 8 Mart – Beynəlxalq Qadınlar günü ilə bağlı aksiya keçirəcək

Yol polisi Bakıda 8 Mart – Beynəlxalq Qadınlar günü ilə bağlı aksiya keçirəcək
# 01 mart 2013 07:49 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. Bakıda nümunəvi qadın sürücülər seçiləcək. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA- ya verdiyi məlumata görə, 8 Mart – Beynəlxalq Qadınlar günü ”Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi “Radio Anten”lə birlikdə paytaxt ərazisində “Nümunəvi qadın sürücü” devizi altında ənənəvi aksiya keçirəcək. “Yol hərəkəti haqqında” qanunun tələblərinə tam əməl edən sürücülərə mükafatlar təqdim ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR