Baş Prokurorluqda Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə konfrans keçirilib

Baş Prokurorluqda Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə konfrans keçirilib
# 07 may 2015 12:16 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Baş Prokurorluqda Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş konfrans keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransda məruzə ilə çıxış edən baş prokuror Zakir Qaralov bildirib ki, müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaradıb ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaq.

Baş prokuror qeyd edib ki, müstəqilliyin qorunmasının onun əldə edilməsindən qat-qat çətin olduğunu deyən H. Əliyev bu ağır vəzifənin öhdəsindən layiqincə gəlib: “Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi. Atəşkəsə nail oldu, iqtisadiyyatı dirçəltdi, Azərbaycanı tənəzzül etmiş dövlətdən inkişaf edən ölkəyə çevirdi. Respublikamızın beynəlxalq əlaqələrini möhkəmləndirərək gələcək inkişafa hesablanmış neçə-neçə layihələrin, xüsusilə uğurlu neft strategiyasının təməlini qoydu”.

Z. Qaralov bildirib ki, Azərbaycan Prokurorluğu dövlət səviyyəsində qayğı ilə əhatə olunmaqla, bu gün fəaliyyətinin hərtərəfli müasirləşməsi və təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi, yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Onun sözlərinə görə, ixtisaslaşdırılmış qurum kimi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin strukturunun təkmilləşdirilməsi və işçilərinin sayı artırılmaqla, onların maddi təminatının yaxşılaşdırılması, bu quruma ilk dəfə olaraq əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətlərinin verilməsi və digər əhəmiyyətli təşkilati tədbirlər prokurorluq orqanlarının fəaliyyətinin daha çevik qurulmasına zəmin yaradıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR