Azərbaycanın yeddi rayonunun qaz təchizatı məhdudlaşdırılır

Azərbaycanın yeddi rayonunun qaz təchizatı məhdudlaşdırılır
# 13 oktyabr 2014 07:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 11:00-dan 12:00-dək Hacıqabul, saat 11:00-dan 13:00-dək Bakının Binəqədi və Nərimanov, saat 14:00-dan 16:00-dək Masallı, saat 15:00-dan 16:00-dək Yevlax, saat 16:00-dan 18:00-dək isə Sabunçu və Samux rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR