Azərbaycanda kredit qoyuluşlarının sahələr üzrə tərkibində ən iri həcm hələ də istehlak kreditlərinin payına düşür - ARAŞDIRMA

Azərbaycanda kredit qoyuluşlarının sahələr üzrə tərkibində ən iri həcm hələ də istehlak kreditlərinin payına düşür - <span style="color: red;">ARAŞDIRMA
# 15 aprel 2015 12:04 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşların həcmi 2015-ci il martın 1-ə 20 697,2 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu göstərici 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 5 080,9 mln. manat və ya 32,1% çoxdur.

Kredit qoyuluşların sahələr üzrə tərkibində ən iri həcm yenə də istehlak kreditlərin payına düşür. Belə ki, ev təsərrüfatlarına verilən kreditlərin həcmi 8 416,7 mln. manat və ya ümumi həcminin 43%-ni təşkil edir. Ev təsərrüfatlarına verilən kreditlərin həcmi son bir ildə 2 036,9 mln. manat və ya 31,93% artıb.

Azərbaycanda kreditləşmənin artımı əsasən istehlak kreditlərin artımının hesabına baş verir.

Qeyd edək ki, həcm və pay üzrə istehlak kreditlərindən sonra gedən digər sahələrdən 14,6%-lik payla “İnşaat və əmlak” və 14,8%-lik payla “Ticarət və xidmət” sahələri qeyd etmək olar.

Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin matın 1-ə 1 mln. 138,2 min manat təşkil edib ki, bu da illik müqayisədə 306,6 mln. manat və ya 36,87% çoxdur.

Son bir ayda isə vaxtı keçmiş kreditlərin cəmi 107,3 mln. (3,66%) manat artıb.

Onu da qeyd edək ki, vaxtı keçmiş kreditlərin həcmi ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 5,5% təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR