Gürcüstan parlamentinin deputatları: “Biz Rusiyanı deyil, Avropanı seçirik” - FOTO

Gürcüstan parlamentinin deputatları: “Biz Rusiyanı deyil, Avropanı seçirik” - <span style="color: red;">FOTO
# 19 aprel 2013 15:39 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Tiflisdə keçirilən aksiyada deputat Mixail Maçavariani bildirib.

“Əfsuslar olsun ki, bizim iqtidar partiyamız hələ kursu müəyyənləşdirməyib. Onların Rusiyaya yönəlmək meylləri var. Biz hesab edirik ki, Rusiya ölkəmizin bir hissəsini işğal edib. Biz bunu qəti və aydın bəyan etməliyik. Bizim Vahid Milli Hərəkat partiyamız nə qədər parlamentdə fəaliyyət göstərir, aydın şəkildə bəyan etməliyik ki, Gürcüstan Qərbə və NATO-ya doğru kurs götürür”.

Gürcüstan parlamentinin deputatı Pavle Kublaşvili isə APA-ya açıqlamasında bildirib ki, Gürcüstan tarixən Rusiyanın xeyrinə qərarlar qəbul edib: “Uzun illər Gürcüstanın həyatında elə anlar olub ki, Gürcüstan ölkəyə vacib olan siyasi kursu qəbul etməyib. Gürcüstan həmişə Avropanın deyil, Rusiyanın xeyrinə qərar qəbul edib, bu isə on illərlə Gürcüstana üzləşdiyi problemlərdən yaxa qurtarmağa imkan verməyib. Bu gün dəqiq bəyan etməliyik ki, biz Rusiyanı deyil, Avropanı seçirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR