Hüquq müdafiəçisi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanma yerində monitorinq keçirib

Hüquq müdafiəçisi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanma yerində monitorinq keçirib
# 18 aprel 2013 10:29 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov və köməkçisi Orxan Məmmədov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) müvəqqəti saxlanma yerində monitorinq keçiriblər. Bu barədə APA-ya E. Behbudov məlumat verib.

E. Behbudov BMCMİ-nin saxlanma yerində saxlanılan 7 nəfərlə görüşdüklərini bildirib: “Onlar mənzillərdən qızıl oğurlamaqda təqsirli bilinirlər. Bir neçəsi özünü təqsirli bilmədi, lakin qalanları özlərini günahkar hesab etdiklərini dedilər. Saxlanma şəraitindən və onlara qarşı münasibətdən isə şikayətləri olmadı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR