Nazim Süleymanov millinin baş məşqçisi postuna gətirilib

Nazim Süleymanov millinin baş məşqçisi postuna gətirilib
# 13 aprel 2015 08:23 (UTC +04:00)

Bakı - APA. 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu vəzifə Nazim Süleymanova həvalə olunub.

AFFA-nın rəhbərliyi Məşqçilər Komitəsinin tövsiyəsini nəzərə alaraq, bu qərarı verib. Süleymanov Nikolay Adamın komandadan ayrılmasından sonra boş qalan U-19-un baş məşqçisi postunu tutub.

Qeyd edək ki, əvvəllər ölkəmizin əsas yığmasında da çalışmış Süleymanov 1 qarşılaşmada baş məşqçi vəzifəsini icra edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR