Qiymətli kağızlar bazarında attestasiyanın keçirilməsi qaydası təsdiqlənib

Qiymətli kağızlar bazarında attestasiyanın keçirilməsi qaydası təsdiqlənib
# 17 noyabr 2015 15:13 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin icra orqanlarının üzvlərinin və investisiya şirkətinin filiallarının rəhbərlərinin attestasiyasının keçirilməsi Qaydası” təsdiqlənib.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, sənəd Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

“Bu Qayda investisiya şirkətinin, fond birjasının, klirinq təşkilatının, investisiya fondunun depozitarının icra orqanlarının üzvlərinin və investisiya şirkətinin filiallarının rəhbərlərinin attestasiyasına dair tələbləri, habelə Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən belə attestasiyaların keçirilməsi qaydasını müəyyən edir”, - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR