Ali təhsil müəssisələrinə əsas yerləşdirmə zamanı qəbul olunanların qeydiyyat müddəti uzadılıb

Ali təhsil müəssisələrinə əsas yerləşdirmə zamanı qəbul olunanların qeydiyyat müddəti uzadılıb
# 15 avqust 2014 07:44 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Ali təhsil müəssisələrinə əsas yerləşdirmə zamanı qəbul olan şəxslərin qeydiyyat müddəti uzadılıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən məlumata görə, bu müddətin avqustun 18-də başa çatdırılması nəzərdə tutulsa da, TQDK rəhbərliyinin qərarına əsasən vaxt avqustun 22-dək uzadılıb.

Beləliklə, ali məktəblərə əsas yerləşdirmədə qəbul olan şəxslər həmin vaxtadək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Qeyd edək ki, ali təhsil müəssisələrinə əsas yerləşdirmə zamanı qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı avqustun 8-dən aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR