Əvəz Zeynallı: “Gülər Əhmədova məhkəmədə danışmaq istəməsi barədə mənə xəbər göndərib”

Əvəz Zeynallı: “Gülər Əhmədova məhkəmədə danışmaq istəməsi barədə mənə xəbər göndərib”
# 28 fevral 2013 14:12 (UTC +04:00)

APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə Ə.Zeynallı həbsdə olan sabiq deputat Gülər Əhmədovanın məhkəmədə yenidən dindirilməsi və istintaqın təzələnməsi barədə vəsatət verib. Ə.Zeynallı iddia edib ki, G.Əhmədova məhkəmədə danışmaq istəməsi barədə ona xəbər göndərib. Lakin onun vəsatəti təmin olunmayıb. Proses martın 6-da davam etdiriləcək.

Qeyd edək ki, Ə.Zeynallı Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR