Prokuror Lənkərandakı “Hüseyniyyə” məscidində baş vermiş insidentlə bağlı  təqsirləndirilən şəxslərə cəza istəyib

Prokuror Lənkərandakı “Hüseyniyyə” məscidində baş vermiş insidentlə bağlı  təqsirləndirilən şəxslərə cəza istəyib
# 03 may 2013 14:22 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Lənkəran Rayon Məhkəməsində “Hüseyniyyə” məscidində baş vermiş insidentə görə, təqsirləndirilən İlkin Əsədov və İbrahim Azadovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərdən hər birinin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses mayın 8-də davam etdiriləcək.

Qeyd edək ki, 2012-ci il dekabrın 5-də Lənkəranda Kiçik Bazar ünvanında yerləşən “Hüseyniyyə” məscidində dini icma rəhbəri olan Həmdulla Əliyevlə təqsirləndirilən şəxslər arasında insident yaşanıb. H. Əliyev bundan sonra şikayət edərək, həmin şəxslərin onu döyərək xəsarət yetirdiklərini bildirib. Nəticədə məsələ ilə bağlı cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR