İzmirdən Bakıya müntəzəm aviareyslər həyata keçiriləcək

İzmirdən Bakıya müntəzəm aviareyslər həyata keçiriləcək
# 18 dekabr 2014 07:55 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. “SunExpress” şirkəti 2015-ci ildə İzmirdən Bakıya müntəzəm reyslər həyata keçirəcək.

Bu barədə “APA-Economics”ə şirkətdən bildiriblər.

Belə ki, 2015-ci ilin yay mövsümündə şirkət Antalya və İzmirdən 16 məntəqəyə yeni aviareyslər həyata keçirməyi planlaşdırır. Bundan başqa, “SunExpress” İzmirdən mövcud 30 beynəlxalq istiqamətlə yanaşı, Bakı, Brüssel, Roma və Milan, Tuluza və Londona da uçuşlar həyata keçirəcək.

Eyni zamanda şirkət qeyd edilən istiqamətlərlə bərabər Fransa, Avstraliya, Belçika, İsveçrə, Almaniya, Danimarka, Finlandiya, İtaliya, Hollandiya, Norveç, İsveç və Azərbaycana müntəzəm reyslər, İtaliya və Polşaya isə çarter reysləri təşkil edəcək.

Qeyd edək ki, “SunExpress” aviaşirkəti Türkiyənin “Turkish Airlines” və Almaniyanın “Lufthansa” şirkətlərinin birgə müəssisəsidir. Şirkət Türkiyənin 15 şəhərindən Avropanın 65 məntəqəsinə uçuşlar həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR