Göyçayda 62 yaşlı qadını və onun azyaşlı nəvəsini vuraraq hadisə yerindən qaçan sürücü tutulub

Göyçayda 62 yaşlı qadını və onun azyaşlı nəvəsini vuraraq hadisə yerindən qaçan sürücü tutulub
# 11 avqust 2015 10:42 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Göyçay şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Rayon sakini, 1953-cü il təvəllüdlü Əhmədova Validə Cəfər qızı azyaşlı nəvəsi, 1995-ci il təvəllüdü Məhərrəmov Murad Elbrus oğlu ilə birgə yolu keçərkən 23 BH-971 dövlət nömrə nişanlı “QAZ 3110” markalı minik avtomobili onları vurub. Nənə aldığı ağır xəsarətdən hadisə yerində ölüb, xəsarət alan azyaşlı isə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Sürücü yaralılara kömək etməyib və hadisə yerindən qaçıb. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini, 1982-ci il təvəllüdü Kərimov Ruslan Niyaz oğlu tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR