Böyük Britaniya baş naziri: "Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti təqdirəlayiqdir"

Böyük Britaniya baş naziri: "Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti təqdirəlayiqdir"
# 12 mart 2015 10:05 (UTC +04:00)

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, baş nazir məktubda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini təqdirəlayiq kimi qiymətləndirib.

D. Kemeron Mərkəzə ünvanlandığı məktubda təşkilatın fəaliyyəti və aprelin 27-29-da Bakıda keçiriləcək III Qlobal Açıq Cəmiyyətlər Forumu ilə bağlı fikirlərini də açıqlayıb. O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünyada beynəlxalq təhlükəsizliyin təmin olunması istiqamətində mövcud əməkdaşlığın artırılmasına yönəlmiş fəaliyyətini təqdirəlayiq hesab edir. Baş nazir III Qlobal Açıq Cəmiyyətlər Forumunun uğurlu keçməsi üçün ən xoş arzularını çatdırıb.

Xatırladaq ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əsas məqsədi müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoq, tolerantlıq və anlaşmanın təbliğ olunmasıdır. Bu istiqamətdə müxtəlif hökumətlər və ictimai təşkilatlarla sıx əməkdaşlıq edən Mərkəz bir sıra beynəlxalq tədbirlər təşkil edib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bütün layihələri, o cümlədən III Qlobal Açıq Cəmiyyətlər Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR