Həyat sığortası bazarında yığım 14% azalıb, ödəniş isə 3,2 dəfə artıb

Həyat sığortası bazarında yığım 14% azalıb, ödəniş isə 3,2 dəfə artıb
# 18 mart 2015 11:58 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci ilin yanvar-fevral aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 19,3%-i və yaxud 19,6 mln. manatı həyat sığortasının payına düşüb.

Azərbaycan Sığortaçılar Assosiasiyasından “APA-Economics”ə verilən məlumata əsasən, 2014-cü ilin eyni dövrünə nisbətən həyat sığortası bazarı təxminən 13,9% azalıb.

Həyat sığortasındakı yığımların təxminən 51,4%-i və ya 10,1 mln. manatı həyatın yaşam sığortasının, 28,5%-i və ya 5,6 mln. manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 19,5%-i və ya 3,8 mln. manatı həyatın ölüm halından sığortasının, cəmi 111 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

2 ay ərzində həyat sığortası üzrə həyata keçirilmiş sığorta ödənişlərinin məbləği isə 4,4 mln. manat təşkil edib. Bu da ümumi ödənişlərin 18,3%-ni təşkil etməklə, 2014-cü ilin eyni dövrünə nisbətən 3,2 dəfə çoxdur.

Həyat sığortası üzrə ödənişlərin təxminən 73%-i və ya 3,2 mln. manatı həyatın yaşam sığortasının, 12,7%-i və ya 556 min manatı həyatın ölüm halından sığortasının, 14,3%-i və ya 629 min manatı isə istehsalatda bədbəxt hadisələrdən sığortanın payına düşüb. Sağalmaz xəstəliklərdən sığorta üzrə ödəniş isə olmayıb.

Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 22,4 manat ödəniş həyata keçirilib. 2014-cü ilin eyni dövründə isə bu göstərici 6 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR