İran prezidenti səhiyyə naziri vəzifəsinə yeni namizəd irəli sürüb

İran prezidenti səhiyyə naziri vəzifəsinə yeni namizəd irəli sürüb
# 10 mart 2013 03:10 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İran prezidenti Mahmud Əhmədinejad ölkə parlamentinə məktub ünvanlayıb. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İran parlamentinin Rəyasət Heyətinin üzvü Məhəmmədhüseyn Fərhəngi açıqlama verib. Onun sözlərinə görə, prezident məktubunda İranın səhiyyə naziri vəzifəsinə Məhəmmədhəsən Təriqət Münfəridin namizədliyini irəli sürdüyünü açıqlayıb və ölkə qanunvericiliyinə uyğun olaraq millət vəkillərinin etimadını qazanması üçün səsverməyə qoyulmasını istəyib. M. Fərhənfi bildirib ki, məsələ martın 17-də səsverməyə çıxarılacaq.

Qeyd edək ki, M. Əhmədinejad 2012-ci il dekabrın 27-də hökumətdə yeganə qadın nazir olan Mərziyə Vəhid Dəstcerdini vəzifəsindən azad edib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR