Azərbaycan prezidenti Danimarka kraliçasını təbrik edib

Azərbaycan prezidenti Danimarka kraliçasını təbrik edib
# 04 iyun 2015 16:32 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Danimarka kraliçası II Marqreteni ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Ülyahəzrət, Danimarka Krallığının milli bayramı – Konstitusiya günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Danimarka xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR