Bank Of Baku

Vens: Ukrayna münaqişəsi nizamlanması ən çətin olan beynəlxalq münaqişədir

Vens: Ukrayna münaqişəsi nizamlanması ən çətin olan beynəlxalq münaqişədir
# 21 sentyabr 2026 22:07 (UTC +04:00)

Ukrayna münaqişəsi hazırda nizamlanması ən çətin olan beynəlxalq münaqişədir.

APA xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Cey Di Vens Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərə açıqlamasında bildirib.

“Prezident Donald Tramp bildirib ki, Rusiya-Ukrayna müharibəsi böyük fərqlə nizamlanması ən çətin olan beynəlxalq münaqişədir”, – Vens deyib.

ABŞ vitse-prezidenti problemin həllinin çətin olduğunu etiraf etməklə yanaşı, Tramp administrasiyasının bu istiqamətdə səylərini davam etdirdiyini bildirib.

Vens sentyabrın 22-də Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilməsi planlaşdırılan təmasın müəyyən irəliləyişə gətirib çıxara biləcəyinə ümid etdiyini də söyləyib. Tramp və Zelenski bundan əvvəl Nyu-Yorkda görüşmək barədə razılığa gəliblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR