Ağstafada ev yanıb, bir nəfər tüstüdən zəhərlənib

Ağstafada ev yanıb, bir nəfər tüstüdən zəhərlənib
# 02 oktyabr 2015 14:55 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Ağstafada yaşayış evi yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ağstafa rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 2 otaqlı taxta konstruksiyalardan ibarət evin 1 otağı 50 kv.m sahədə yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR