Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda iri çaplı patronun partlaması nəticəsində iki nəfər ağır xəsarət alıb. Oğuz Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, mayın 3-də Oğuz rayonunda yaşayan Süleyman Haqverdiyev və qohumu, Şəmkir rayon sakini Adil Ələkbərov tapdıqları iriçaplı patronun arxa hissəsinə çəkiclə vurarkən partlayış baş verib. Nəticədə, A.Ələkbərov əl nahiyəsindən, S.Haqverdiyev isə baş və qol nahiyələrindən xəsarət alıblar. A.Ələkbərov və S.Haqverdiyev xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda iki nəfər iri çaplı patronun partlaması nəticəsində ağır xəsarət alıb
04 may 2013 11:07 (UTC +04:00)
Hadisə
Göygöldə çayda batan yeniyetmə ilə bağlı bəzi təfərrüatlar məlum olub - YENİLƏNİB-1 - FOTO - VİDEO
01:59
19 may 2024
Zaqatalada avtomobil ağaca çırpılıb, ata və azyaşlı qızı xəsarət alıb - YENİLƏNİB
21:11
18 may 2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
20:07
18 may 2024
Quba-Xaçmaz yolunu sel basıb - FOTO
19:27
18 may 2024