İranda tanınmış azərbaycanlı fəal azadlığa buraxılıb

İranda tanınmış azərbaycanlı fəal azadlığa buraxılıb
# 12 fevral 2013 10:35 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranda tanınmış azərbaycanlı fəal azadlığa buraxılıb. APA-nın məlumatına görə, Cavid Nəzmi 23 gün Təbriz həbsxanasında saxlanıldıqdan sonra fevralın 11-də zəmanətlə müvəqqəti sərbəstliyinə qovuşub.

Qeyd edək ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları C.Nəzminin Təbrizdə yerləşən yaşadığı ünvana basqın edərək onun evində axtarış aparıblar. Azərbaycanlı fəala aid kitab və başqa şəxsi əşyalar müsadirə edilib, özü isə həbs olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR