Sabah Azərbaycanın şərq rayonlarında yağış yağacaq - VİDEO

Sabah Azərbaycanın şərq rayonlarında yağış yağacaq - <span style="color: red;">VİDEO
# 19 noyabr 2015 09:39 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Noyabrın 20-də Bakı və Abşeron yarımadasının dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 10-14, Bakıda gecə 5-7, gündüz 12-14 dərəcə isti olacaq.

Azərbaycanın bəzi rayonlarında noyabrın 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq rayonlarında isə yağış yağacağı ehtimalı var. Cənub küləyi arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 4-8, gündüz 11-16, dağlarda gecə 1 dərəcə şaxtadan 6 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR