UEFA Xorvatiya Futbol Federasiyasını cəzalandırıb

UEFA Xorvatiya Futbol Federasiyasını cəzalandırıb
# 20 iyun 2016 20:44 (UTC +04:00)

Bakı-APA. UEFA Xorvatiya Futbol Federasiyasını cəzalandırıb.

Apasport.az saytının məlumatına görə, buna səbəb xorvat fanatların AÇ-2016-nın qrup mərhələsi çərçivəsində Çexiya ilə oyundakı davranışları olub.

Qarşılaşmanın gedişatında meydana yanan məşəllər atan azarkeşlər həm də irqçi şüarlar səsləndiriblər.

Qərara əsasən Xorvatiya Futbol Federasiyası 100 min avro məbləğində cərimə olunub.

Qeyd edək ki, Xorvatiya millisi D qrupunda İspaniya, Türkiyə və Çexiya ilə birgə mübarizə aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR