Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Koroğlu” operası nümayiş olunacaq

Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Koroğlu” operası nümayiş olunacaq
# 08 aprel 2013 13:23 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva - APA. Aprelin 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasının tamaşası keçiriləcək.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, teatrın kollektivi bu tamaşanı Heydər Əliyevin 90 illik yubileyinə həsr edib.

Tamaşada xalq artisti Samir Cəfərov “Koroğlu”, gənc və istedadlı vokalçı İlahə Əfəndiyeva “Nigar” partiyasını ifa edəcək. Tamaşada həmçinin Azərbaycanın xalq artistləri Şahlar Quliyev, Əli Əsgərov, Nəzakət Teymurova, habelə əməkdar artistlər Nizami Bağırov, Sabir Əliyev və b. çıxış edəcəklər.

Tamaşanın dirijoru Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR