BMT Baş Assambleyasının 70-ci sessiyasında 154 dövlət və hökumət başçısı iştirak edəcək

BMT Baş Assambleyasının 70-ci sessiyasında 154 dövlət və hökumət başçısı iştirak edəcək
# 18 sentyabr 2015 08:30 (UTC +04:00)

APA-nın qurumun saytına istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin mətbuat katibi Stefan Düjarrik keçirdiyi brifinqdə bildiirb.

Onun sözlərinə görə, təxminən 9 min nümayəndənin gələcəyi gözlənilir, lakin bu rəqəmin artacağı istisna deyil.

Ümumi siyasi müzakirələr zamanı 485 tədbir keçiriləcək.

Yüksək səviyyəli qonaqların müxtəlif forumlarda iştirakı ilə yanaşı, ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir.

Xatırladaq ki, ötən il 1300 ikitərəfli görüş keçirilib. BMT baş katibi də dünya liderləri ilə ikitərəfli görüşlər keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR