Lənkəranda ağır yol qəzası baş verib, 3 nəfər yaralanıb

Lənkəranda ağır yol qəzası baş verib, 3 nəfər yaralanıb
# 29 aprel 2015 12:21 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə aprelin 29-da Ələt-Astara magistralının 203-cü kilometrliyində, yolun Lənkəran şəhərindən keçən hissəsində qeydə alınıb.

Rayonun Aşağı Nüvədi qəsəbə sakini İlqar Əhmədovun idarə etdiyi “Volkswagen” markalı minik avtomobili Ələt istiqamətində hərəkətdə olarkən Lənkəran şəhər sakini Emil Kazımzadənin idarə etdiyi VAZ-2106 markalı minik maşını qəfildən qarşısına çıxıb və ona çırpılıb. Güclü zərbədən VAZ-2106 çevrilib, sürücüsü isə ağır xəsarət alıb.

“Volkswagen”in sürücüsü və onun sərnişini, 46 yaşlı Sərraf Abbasov da yaralanıb. Yaralılar dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Burada onlara müvafiq tibbi yardım göstərilib.

VAZ-2106-nın sürücüsü, 24 yaşlı E. Kərimzadənin vəziyyətinın ağır olduğu bildirilir.


Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR