Ermənistanda müddətsiz etiraz aksiyası keçirilir

Ermənistanda müddətsiz etiraz aksiyası keçirilir
# 17 mart 2015 11:40 (UTC +04:00)

Bakı. Ağa Cəfərli - APA. Ermənistanda "Nairit Zavodu" QSC işçilərinin müddətsiz etiraz aksiyaları davam edir.

APA-nın Ermənistanın tert.am saytına istinadən verdiyi məlumata görə, bu səhər onlar öz etirazları ilə Serj Sarkisyanın diqqətini çəkməyə ümid edərək, Prezident Administrasiyasının qarşısına toplaşıblar. Onlar “borcumuzu ödəyin” şüarını səsləndiriblər.

Zavodun rəhbərliyi bir ildən çoxdur ki, işçilərin maaşını ödəmir. İşçilər həftədə üç dəfə Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirməyə qərar veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR