“Şərq tərəfdaşlığı” ölkələri arasında mədəni mübadiləyə həsr olunmuş seminar keçiriləcək

“Şərq tərəfdaşlığı” ölkələri arasında mədəni mübadiləyə həsr olunmuş seminar keçiriləcək
# 16 aprel 2013 11:23 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Aprelin 17-20-də Moldovada “Şərq tərəfdaşlığı” ölkələrinin mədəniyyət siyasəti sahəsində təcrübə mübadiləsi üzrə seminar keçiriləcək. APA-nın xəbərinə görə, seminarda 6 ölkənin dövlət mədəniyyət təşkilatlarının və qeyri-hökumət qurumlarının təmsilçiləri iştirak edəcək.

Seminar proqram iştirakçısı olan hər ölkədə mədəniyyət sahəsində strategiyanın hazırlanması və qiymətləndirilməsi, eləcə də ümumi maraqların ortaya çıxarılması məqsədilə təşkil olunur.

Xatırladaq ki, “Şərq tərəfdaşlığı”nı 12 milyon avro büdcəsi olan mədəniyyət üzrə proqramı üzv ölkələrə mədəniyyət siyasətinin islahatında kömək göstərilməsini, bu sahədə potensialın artırılmasını və bölgədə mədəni əlaqələrin gücləndirilməsini nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR