Mədəniyyət naziri iranlı həmkarı ilə görüşüb

Mədəniyyət naziri iranlı həmkarı ilə görüşüb
# 01 may 2024 22:08 (UTC +04:00)

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli mayın 1-də İran İslam Respublikasının mədəniyyət və islamı irşad naziri Məhəmməd Mehdi İsmaili ilə görüşüb.

APA xəbər verir ki, foruma qatıldığına görə iranlı həmkarına təşəkkürünü bildirən nazir “Bakı Prosesi”nin mədəniyyətlərarası dialoqla bağlı qlobal platforma kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirildiyini deyib.

Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) haqqında qonağa məlumat verən nazir bildirib ki, mötəbər tədbirdə iqlim dəyişikliklərinin mədəni proseslərə təsiri məsələləri də müzakirə olunacaq.

Məhəmməd Mehdi İsmaili öz növbəsində Foruma dəvətə görə təşəkkürünü bildirib, tədbirin gündəmə gətirilən mövzuların aktuallığı baxımından əhəmiyyətini qeyd edib.

Söhbət zamanı mədəni əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR