Müəllimlərin əmək məzuniyyətinin vaxtında dəyişlik edilib

Müəllimlərin əmək məzuniyyətinin vaxtında dəyişlik edilib
# 09 iyun 2016 10:46 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda dərslərin iyunun 14-də başa çatması ilə əlaqədar müəllimlərin əmək məzuniyyətinə çıxma vaxtında dəyişiklik edilib.

Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ümumi təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərə əmək məzuniyyəti iyulun 1-dən veriləcək. Tədris ilinin iyunun 14-də başa çatması müəllimlərin məzuniyyəti ilə bağlı məktəblərdə heç bir problem yaratmayacaq.

Əmək Məcəlləsinin 118-ci maddəsinə əsasən bütün ixtisas müəllimlərinə 56 təqvim günü müddətinə əmək məzuniyyəti verilir. Mövcud qanunvericiliyə əsasən, bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə əmək məzuniyyətləri, bir qayda olaraq, yay tətili dövründə verilir.

Qeyd edək ki, bu ilədək Azərbaycanda orta məktəblərdə tədris ili mayın 31-də başa çatıb, müəllimlər iyunun 16-dan və iyulun 1-dən olmaqla əmək məzuniyyətinə çıxıblar. Bu ildən isə dərslər iyunun 14-də başa çatacaq və müəllimlərə əmək məzuniyyəti iyulun 1-dən veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR