BMT Azərbaycanla narkocinayətkarlığa qarşı mübarizə üzrə yeni əməkdaşlıq istiqamətlərini müzakirə edib

BMT Azərbaycanla narkocinayətkarlığa qarşı mübarizə üzrə yeni əməkdaşlıq istiqamətlərini müzakirə edib
# 11 mart 2015 10:35 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün BMT-nin Bakı ofisində BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin (UNODC) Orta Asiyadakı Regional Nümayəndəliyinin hüquq-mühafizə məsələləri üzrə regional müşaviri, Əfqanıstan və qonşu ölkələr üzrə proqramının koordinatoru Yusuf Mollaoğlu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Fəqan Şahverdiyev, Nazirlər Kabineti Aparatının hərbi və inzibati orqanlar şöbəsinin müdir müavini Ceyhun Hüseynov və Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə görüşüb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan APA-ya verilən məlumata görə, görüşdə UNODC-nin region dövlətləri üzrə proqramının işçi planları müzakirə olunub.

Eyni zamanda Əfqanıstan və qonşu ölkələr üzrə regional proqramla bağlı olan məsələlər müzakirə edilib, yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsinə dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR