Azərbaycanın Macarıstandakı səfirliyi hədələrlə bağlı bu ölkənin müvafiq strukturlarını məlumatlandırıb

Azərbaycanın Macarıstandakı səfirliyi hədələrlə bağlı bu ölkənin müvafiq strukturlarını məlumatlandırıb
# 05 sentyabr 2012 12:13 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycanın Macarıstandakı səfirliyi diplomatik missiyanın ünvanına gələn hədələrlə bağlı bu ölkənin müvafiq strukturlarını məlumatlandıraraq bütün lazımi tədbirlərin görülməsini və faktın ciddi şəkildə araşdırılmasını istəyib. Bu barədə APA-ya səfirliyin katibi Rəşad Səfərov məlumat verib. O bildirib ki, təhdidlərdən sonra səfirlik gücləndirilmiş təhlükəsizlik rejiminə keçib: “Səfirlik tam tərkibdə fəaliyyətini davam etdirir. Səfirliyin bütün əməkdaşları, o cümlədən hədə-qorxu məktubunda adları çəkilən şəxslər öz iş yerindədir”.

R. Səfərov Macarıstanın Azərbaycanla diplomatik əlaqələri dayandıracağı barədə Ermənistan mediasının informasiyasını yalan adlandırıb: “Bundan söhbət belə gedə bilməz. Macarıstan tərəfi bu haqda heç bir açıqlama verməyib”.

Xatırladaq ki, erməni terror təşkilatı ASALA-nın Azərbaycanın Macarıstandakı səfirliyinin ünvanına hədə-qorxu dolu məktub göndərdiyi bildirilib. Məktubda səfirliyin bir sıra əməkdaşlarının adları sadalanıb və onlar ölümlə təhdid edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR