“Yeni Müsavat” qəzetinin Müdafiə Nazirliyinə qarşı kassasiya şikayəti təmin edilməyib

“Yeni Müsavat” qəzetinin Müdafiə Nazirliyinə qarşı kassasiya şikayəti təmin edilməyib
# 22 avqust 2012 12:30 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Ali Məhkəmədə “Yeni Müsavat” qəzetinin Müdafiə Nazirliyinə qarşı verdiyi işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin ödənilməsi barədə kassasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əssən, kassasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, 2011-ci ilin 18 noyabr tarixində Səbail rayon Məhkəməsində hakim Fuad Hüseynovun sədrliyi ilə “Yeni Müsavat ” qəzetinin Müdafiə Nazirliyinə qarşı iddiası əsasında məhkəmə prosesi keçirilib. Məhkəmə qəzetin iddiasını təmin etməyib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, «Yeni Müsavat» qəzeti 15 sentyabr 2011-ci il tarixində Türkiyənin Bakıdakı səfirliyinin «Anadolu» xəbər agentliyinə verdiyi və rəsmi şəkildə Müdafiə Nazirliyinə göndərdiyi faksın nazirlik tərəfindən uydurulduğunu və mətbuata ötürüldüyünü iddia edib: “Hansı ki, 15 sentyabr 2011-ci il tarixində Türkiyə səfirliyindən daxil olan məlumat Müdafiə Nazirliyinin mətbuat xidməti tərəfindən olduğu kimi və üstəlik faksın fotosu ilə birgə kütləvi informasiya vasitələrinə göndərilmişdi”.

Buna baxmayaraq, Müdafiə Nazirliyi faksın həqiqətən Türkiyə səfirliyinin mətbuat xidməti vasitəsilə göndərildiyini təsdiq edən arayışı 14 noyabr 2011-ci il tarixində yenidən diplomatik korpusdan alaraq məhkəməyə təqdim edib. Məhkəmə bunu əsas gətirərək, «Yeni Müsavat» qəzetinin Müdafiə Nazirliyinə qarşı iddiasını təmin etməyib. Həmin qərardan verilən apellyasiya şikayəti də təmin edilməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR