Bakıda avtomobil mağazaya çırpılıb, ölən var

Bakıda avtomobil mağazaya çırpılıb, ölən var
# 10 oktyabr 2012 07:00 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1974-cü il təvəllüdlü Elşən Bayramov idarə etdiyi “Mercedes” markalı avtomobili yol kənarında yerləşən “Dalğa” supermarketinə çırpıb. Nəticədə sürücü aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Qəza zamanı marketə də ciddi ziyan dəyib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR