Azərbaycan prezidenti əlcəzairli həmkarına başsağlığı məktubu göndərib

Azərbaycan prezidenti əlcəzairli həmkarına başsağlığı məktubu göndərib
# 11 oktyabr 2012 14:52 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının prezidenti Əbdüləziz Buteflikaya başsağlığı məktubu göndərib.

APA-nın məlumatına görə, dövlət başçısı Əlcəzairin keçmiş prezidenti, görkəmli dövlət xadimi Şadli Bencədidin vəfatı münasibətilə Əlcəzair prezidentinə, mərhumun ailəsinə və bütün Əlcəzair xalqına dərin hüznlə başsağlığı verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR